Ömər Çelik: Azərbaycan Vətən müharibəsi aparır

27.10.2020 23:06

"Bəziləri bir vasitə kimi atəşkəs mexanizmini istifadə etməyə çalışdılar. Atəşkəs ermənilər tərəfindən dərhal pozuldu. Bununla da növbəti dəfə Ermənistanın diplomatiya, siyasi müzakirə istəməyən, təcavüzkarlıqla məsələni həll etmək istəyən tərəf olduğu görüldü”.

"Hürriyət”in məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çelik deyib.

"Oktyabrın 23-nə qədər Ermənistanın Azərbaycandakı dinc əhalinin yaşadığı ərazilərə hücumu nəticəsində 63 dinc sakin həlak olub, 219 Azərbaycan türkü qardaşımız yaralanıb. Bizim üçün Azərbaycanın ərazi bütövlüyü qırmızı xəttimizdir.

Ermənistan təcavüzkar tərəfdir. Prezidentimiz hər istiqamətdə cənab Prezident İlham Əliyevlə görüşərək dəstəyini növbəti dəfə ifadə edir. 18-20 oktyabr tarixlərində parlamentimizin sədri Mustafa Şəntop Bakını ziyarət edərək Türkiyənin Azərbaycana dəstəyini göstərmişdir.

Həll yolu tapmaq istəyənlər ilk növbədə  Ermənistanın işğalını masada müzakirə etməlidir. Qarabağ Azərbaycanın torpağıdır, Ermənistan işğalçıdır. Azərbaycan vətən müdafiəsi aparır”, - deyə Ömər Çelik bildirib.

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR