Aİ-də koronavirusa ən çox yoluxan ölkələr hansılardır?

27.10.2020 22:53

Avropa İttifaqında (Aİ) koronavirusa yoluxmanın ən yüksək faizi Belçikadadır.

Avropa Xəstəlikləri Önləmə və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə, bu ölkədə son iki həftədə hər 100 min nəfərdən 1 390-da yoluxma qeydə alınıb.

Sonrakı yerləri Çex Respublikası (1 380), Lüksemburq (760), Sloveniya (732), Niderland (694) tutur.

Eyni zamanda koronavirus nəticəsində ən yüksək ölüm faizinə malik Çex Respublikasında hər 100 min nəfərə 12,3 faiz ölən düşür. İkinci yerdə qərarlaşan Belçikada bu göstərici 5,8 faizdir./report

© xezerxeber.az


221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR