Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi

24.10.2020 23:13

Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının "Modern Diplomacy” portalında ingilis dilində məqaləsi dərc edilib.

XəzərXəbər-in məlumatına görə, məqalə "Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?" adlanır.

Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar verdiyi vədlərdən, sonradan onlara əməl etməməsindən və digər məsələlərdən bəhs olunur. Müəllif qeyd edir ki, Paşinyanın uğursuzluqlarından biri danışıqlar formatını dəyişmək cəhdi idi. O, Qarabağdakı separatçı rejimi danışıqlar masasına gətirmək istəyirdi, amma bu, Minsk qrupunun missiyasına və formatına tamam zidd idi. Nəticədə vəziyyət daha da gərginləşdi.

Bildirilir ki, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında sülhdən danışan Ermənistan iyulda münaqişə zonasından uzaqda yerləşən Tovuza hücum edərək, Azərbaycana qarşı təxribat törədib, sentyabrın 27-də isə müharibəyə başlayıb.

Paşinyan hüquqi məsələlərdə də uğursuzluğa düçar olub. Məsələn, qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil qurum kimi tanımır, amma dünyaya müraciət edir ki, onu tanıyın.

Məqalədə həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hüquqi təhlili də verilib.

Ekspert yazıda qeyd edir ki, beynəlxalq hüquqdakı prinsiplərə görə, hər bir xalq yalnız 1 dəfə öz müqəddəratını təyin edə bilər. Ermənilər isə artıq bundan istifadə edərək, Ermənistan yaradıblar. Ona görə də ikinci erməni dövlətinin yaradılması beynəlxalq hüquqa ziddir.

© xezerxeber.az


269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR