Ermənistanda bir gündə rekord sayda insan COVID-19-a yoluxdu

22.10.2020 11:03

Ermənistanda daha 2 297 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 70 836-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 131-ə çatıb. İndiyədək 49 787 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 19 591 aktiv koronavirus xəstəsi var.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR