Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Türkiyəli nazirlər Ermənistanın Gəncəyə hücumuna münasibət bildiriblər

17.10.2020 18:09

Türkiyəli nazirlər Ermənistanın Azərbaycanın Gəncə və digər bölgələrinə hüçumlarını şiddətlə qınayıblar.

Xezerxeber.az xəbər verir ki, bu barədə nazirlər rəsmi "Twitter” səhifələrində bildiriblər.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli "Twitter”dəki hesabında etdiyi paylaşımda bildirib: "Ermənistanın dinc əhalini hədəf alan amansız hücumları davam edir. Azərbaycanlı qardaşlarımıza qarşı törədilən bu hücumları şiddətlə qınayıram. Türkiyə hər zaman azərbaycanlı qardaşlarının yanındadır. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm”.

"Gəncədə günahsız insanları qətlə yetirən Ermənistan bölgədə sülhün və əmin-amanlığın qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərmiş oldu. Müharibə cinayəti işləyən Ermənistanın zülmü qarşısında dünya kor və kar olsa da, biz can Azərbaycanımızın hər zaman yanındayıq”.

Bu fikirləri isə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum "Twitter”dəki paylaşımında bildirib.

Terrorçuların ömrünün daim qısa olduğunu vurğulayan Türkiyənin Səhiyyə naziri Fahrettin Koca isə qeyd edib: "Birbaşa Azərbaycan xalqını hədəf alan, aralarında uşaqların da olduğu çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan raket hücumları həyata keçirən Ermənistanı və onun barbarlıq nümayiş etdirən ordusunu lənətləyirik”.

© xezerxeber.az

FOTOQALERIYA






154 dəfə oxunub

XƏBƏRLƏR

20.10.2020 17:44

“Facebook”da yenilik

ÇOX OXUNANLAR