Polşa XİN: Tərəfləri sülh danışıqlarını bərpa etməyə çağırırıq

27.09.2020 16:36

Polşa Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ ətrafında baş verənlərdən narahatlıq ifadə edib, Azərbaycan və Ermənistanı münaqişəni diplomatik yolla həll etməyə çağırıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Polşa XİN-in "Twitter” səhifəsində bildirilib.

"Polşa XİN Dağlıq Qarabağ regionunda hərbi toqquşmalar haqqında məlumatlardan dərin narahatdır. Tərəfləri döyüşləri dayandırmağa, de-eskalasiyaya və Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə çağırırıq”, - deyə qeyd olunub.

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR