Meksikada 43 tələbənin itkin düşməsində günahlandırılan polis və hərbçilər həbs edilib

27.09.2020 10:08

Meksikada 6 il əvvəl – 2014-cü il sentyabrın 26-da 43 kollec tələbəsinin itkin düşməsində iştirakı iddia edilən bələdiyyə polisi və hərbçilər barəsində həbs qərarı verilib.

Reuters-in verdiyi xəbərə görə, bu barədə yerli İstintaq İdarəsi məlumat yayıb.

Baş prokuror Omar Qomez tərəfindən polis və hərbçilərin həbs barəsində order verilib.

Meksika ordu rəhbərliyi hələlik qərarla bağlı heç bir münasibətini açıqlamayıb.

Bu günə qədər tələbələrdən yalnız ikisinin cəsədlərinin kimliyi müəyyən edilib.

İtkin düşən tələbələrdən birinin anası Maria Martinez Zeferino hadisənin baş verməsində hərbçiləri günahlandırıb: "Bu cinayətdə hərbçilər iştirak edib".

Qeyd edək ki, Meksikada ali orqan tərəfindən hərbi personalın həbs qərarının elan edilməsi ilk dəfədir.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR