Macarıstan koronavirusun ikinci dalğasına hazırdır

27.09.2020 09:52

Macarıstan 16 min ventilyator sifariş edib, bunlardan 10 mini yaxın müddətdə ölkəyə gətiriləcək.

Bu barədə ölkənin Baş naziri Viktor Orban bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyasının ikinci dalğasının ən pis ssenarisinə bu tibbi avadanlıqlar imkan verəcək.

O, həmçinin qeyd edib ki, xüsusilə COVID-19 xəstələrinin müalicəsi üçün hökumət xəstəxanalarda 16 min çarpayı yeri yaradıb.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR