İsrail karantini iki həftəliyə sərtləşdirir

24.09.2020 15:02

İsrail hökuməti bu gün bir həftə əvvəl koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantinin sentyabrın 25-dən etibarən iki həftəlik müddətə sərtləşdirilməsini təsdiqləyib.

TASS xəbər verir ki, bu barədə İsrailin "Kan” dövlət radiosu məlumat verib.

Bildirilib ki, sentyabrın 25-dən oktyabrın ikinci ongünlüyünə qədər yalnız ərzaq mağazaları və apteklər, eləcə də istehsal dövrü dayandırıla bilməyən sənaye müəssisələri işləyəcək. Etiraz aksiyaları və küçə duaları yalnız insanların yaşayış yerlərindən 1 km-dən çox olmayan məsafədə, 20 nəfərlik xüsusi "kapsulalarda” yerləşdikdə edilə bilər.

Karantinin sərtləşdirilməsi məsələsinin təsdiqlənməsi üçün bu gün Knessetə (ölkə parlamenti) təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, sentyabrın 18-də İsraildə bu il artıq ikinci karantin dövrü başlayıb. Birinci dövr mart-may aylarında qüvvədə olub, lakin əksər məhdudiyyətlərin ləğvindən sonra koronavirusa yoluxma hallarının sayında yenidən artım başlayıb. İyunun 6-da 160, iyulun 2-də təxminən 1 000, avqustun 5-də 2 000-dən çox, sentyabrın 17-də 6 000-dən çox, sentyabrın 23-də isə 7 000-ə yaxın yoluxma qeydə alınıb./report

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR