Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İsveç karantin rejimindən imtina etmək barədə fikrini dəyişib

23.09.2020 17:17

İsveç hakimiyyəti koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətin pisləşməsi fonunda Stokholmda karantin rejiminin tətbiqi barədə düşünür.

Bloomberg agentliyi xəbər yayıb ki, ölkənin baş epidemioloqu Anders Teqnell son bir neçə həftə ərzində paytaxtda bütün yaş qrupları arasında yoluxma hallarının xeyli artdığını deyib. Onun sözlərinə görə, hazırda hakimiyyət orqanları virusun yayılması tempini zəiflətmək üçün karantin rejiminin tətbiqini müzakirə edir.

İsveç Səhiyyə Nazirliyinin Stokholm departamentinin rəhbəri Börn Eriksson əhalini sosial məsafəni qorumağa çağırıb və onlara COVID-19 infeksiyasının yenidən artması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İsveç hakimiyyəti koronavirus pandemiyası ilə bağlı sərt məhdudiyyət tədbirlərindən imtina etdikləri üçün dəfələrlə tənqidə məruz qalıb. Epidemiya dövründə ölkədə xidmət sahələri, məktəblər və uşaq bağçaları fəaliyyətini davam etdirib. Rəsmi Stokholm isə əhaliyə ehtiyat tədbirləri barədə çağırışla kifayətlənib.

Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İsveçdə koronavirusa yoluxanların sayı 89 min 756 nəfərə, ölənlərin sayı isə 5 min 876 nəfərə çatıb.

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR