Gürcüstanda koronavirusa ən çox yoluxma Acarıstan bölgəsində qeydə alınıb

23.09.2020 16:24

Son sutka ərzində Gürcüstanda koronavirusa 227 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 4140-a çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat verilib.

Bildirilir ki, son sutka ərzində 69 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər isə həyatını itirib.

Koronavirusdan ölənlərin ümumi sayı 24-ə çatıb.

Hazırda ölkədə 5 min 390 nəfər karantində, 836 nəfər isə stasionardadır.

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR