Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Çexiyanın Səhiyyə naziri koronavirus səbəbindən istefa verib

21.09.2020 17:13

Bu gün Çexiya Səhiyyə Nazirliyinin başçısı Adam Voytex istefa verib.

AZƏRTAC "Radio Praqa”ya istinadla xəbər verir ki, "Ano” partiyasının üzvü, son 3 ildə bu vəzifəni tutan nazir qurumun rəhbərliyindən getmək niyyəti barədə bildirib və bu qərarını ölkədə COVID-19 pandemiyası ilə bağlı vəziyyətın pisləşməsi ilə əlaqələndirib. Bununla yanaşı, Voytex jurnalistlərə müsahibəsində ölkənin bu ilin yazında koronavirusun birinci dalğasının öhdəsindən yaxşı gəldiyini söyləyib. Müxalifət isə bu fikirlə heç də razı deyil.

Bildirilir ki, ötən bazar yoluxanların siyahısına 985 nəfər əlavə olunub. Bu, ötən həftə ərzində ən aşağı göstərici hesab edilir. Lakin onu da nəzərə almaq lazımdır ki, adətən bazar günlərində iş günlərinə nisbətən daha az vətəndaş test analizləri verir.

Ölkədə paytaxtla yanaşı, Uqerske-Qradişte və Kromerjije şəhərlərində də vəziyyət qənaətbəxş deyil.

© xezerxeber.az


205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR