Türkiyədə 14 nəfər İŞİD terrorçusu saxlanılıb

21.09.2020 15:29

Türkiyənin Samsun vilayətində İŞİD terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.

Xezerxeber.az xəbər verir ki, əməliyyat zamanı terror təşkilatı ilə sıx əlaqəsi olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Onların İraq vətəndaşları olduqları müəyyən edilib.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda axtarış aparılan zaman təşkilata aid çoxlu sayda rəqəmsal material aşkarlanıb.

Ölkə ərazisində terrorçuların saxlanılması istiqamətdə əməliyyatlar davam etdirilir.

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR