Trampı kim zəhərləmək istəyib? - TUTULDU

21.09.2020 10:15

ABŞ sərhədçiləri Birləşmiş Ştatların prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxsi yaxalayıblar.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən NBC telekanalı bildirib.

Qeyd edilir ki, ölümlə nəticələnə biləcək zəhəri göndərən kişi Kanadadan ABŞ-a gəlmək istəyən zaman saxlanılıb.


Polis hələ cinayətkarın şəxsiyyətini açıqlamayıb. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.

Daha əvvəl şənbə günü – sentyabrın 19-da Ağ Evə, Donald Trampın ünvanına zəhərli bağlama göndərilib, ancaq bağlama yoxlama məntəqəsində zərərsizləşdirilib./Publika.az

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR