Ermənistanda koronavirusa yoluxma halları yenidən artdı

20.09.2020 15:56

Ermənistanda koronavirusa yoluxma hallari yenidən artıb. Son 24 saat ərzində daha 277 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 47 min 531-ə çatıb.

Pandemiya qurbanlarının sayı da daha iki nəfər artaraq 930 olub. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 285-dir. Hazırda Ermənistanda 3893 aktiv koronavirus xəstəsi var./AZƏRTAC

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR