Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Vyetnam beynəlxalq aviareysləri bərpa edib - 5 aydan sonra

19.09.2020 15:14

Vyetnam COVID-19 pandemiyası səbəbindən martın sonunda dayandırdığı beynəlxalq müntəzəm uçuşları bərpa edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, sentyabrın 19-da səhər saatlarında "Vyetnam Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi paytaxt Hanoydakı beynəlxalq hava limanından qalxaraq Tokio istiqamətində yola düşüb. İlk müntəzəm uçuşun sərnişinlərinin əsas hissəsi vyetnamlı tələbələr və Yaponiya şirkətlərində çalışanlardır. Epidemiya qaydalarına uyğun olaraq bütün sərnişinlər uçuşdan əvvəl COVID-19 testindən keçiblər.

Vyetnam ilkin mərhələdə Yaponiya ilə yanaşı, Kamboca, Laos, Koreya Respublikası və Çinlə beynəlxalq aviareysləri bərpa edəcək.

Baş Nazir Nquyen Suan Fuk Nəqliyyat Nazirliyinə ciddi nəzarət tədbirləri çərçivəsində beynəlxalq uçuşların sayının artırılması barədə tapşırıq verib. Xaricdən ölkəyə virus axınının qarşısını almaq üçün xüsusi sərhəd karantin tədbirləri təsdiq olunub. Xaricdən gələnlərin 14 günlük məcburi izolyasiyası üçün Hanoyda 14 mehmanxana ayrılıb.

Qeyd edək ki, Vyetnam hökuməti dünyada hökm sürən COVID-19 pandemiyası səbəbindən martın sonlarında beynəlxalq sərnişin daşımalarını dayandırıb. Ölkədə indiyədək COVID-19 infeksiyasına 1068 yoluxma qeydə alınıb. Vyetnamda 99 günlük aradan sonra ölkədaxili ötürülmə yolu ilə ilk yoluxma iyulun sonunda qeydə alınıb.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR