Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Fransa Milli Assambleyasında hicablı tələbəyə münasibət

18.09.2020 09:43

Fransa Milli Assambleyasında tələbə həmkarlar təşkilatlarının nümayəndələrinin dinləməsi keçirilib.

Məryəm Pujötunun çıxışı zamanı Respublikaçı və "İrəli, Respublika” siyasi partiyalarını təmsil edən deputatlar zalı tərk ediblər.

Deputatlar "qaydalara riayətə” çağıraraq, M.Pujötunun hicab geyinməsini Milli Assambleyada riayət edilməli olan dünyəvilik prinsipini pozan "niyyətli kommünotarist akt” olduğunu hesab ediblər.

Mübahisəyə komissiyanın prezidenti Sandrin Mörş müdaxilə edərək, dinlənilən şəxsin dini etiqadı əks etdirən geyim əşyaları ilə bağlı heç bir qadağa olmadığını xatırladıb və belə bir vəziyyətdən üzüldüyün bildirib.

"İrəli, Respublika” partiyasından olan Ann-Kristin Lanq hicabın onun dəyərləri ilə uyğun gəlmədiyini deyib. "Demokratiyanın döyünən ürəyi olan Milli Assambleyada (...) təhqiqat komissiyası qarşısında hicablı şəxsin qəbul edilməsi ilə razılaşa bilmərəm”, - deyə "İrəli, Respublika” partiyasının üzvü bildirib.

Qeyd edək ki, Paris IV Sorbon Universitetində Fransa Tələbə Milli Birliyinin (Unef) həmkarlar təşkilatının prezidenti Məryəm Pujötun 2018-ci ildə M6 kanalına müsahibə verərkən, söylədiyi fikirləri yox, məhz hicabı çoxsaylı reaksiyalar doğurub. Həmin vaxt Daxili İşlər naziri olan Jerar Kolomb ona başına örtdüyü hicaba görə irad tutmuş, hicab bağlamaqla "fransız cəmiyyətindən fərqləndiyinə görə tənqid etmiş və hətta bunu provokasiya hesab etmişdi. O zaman Gender bərabərliyi üzrə dövlət katibi olan Marlen Şiappa isə gənc tələbənin geyiminin "siyasi islamı təşviq” etdiyini bildirmişdi. (AZƏRTAC)

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR