Türkiyə XİN: Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün təxribatlara əl atır

16.09.2020 18:54

Ermənistanın Tovuz istiqamətindəki təxribatları bir daha göstərdi ki, Ermənistan regionda sabitlik üçün ən böyük maneədir.

Bunu Türkiyə Xarici İşlər Nazirinin müavini Yavuz Selim Kıran deyib.

O qeyd edib ki, Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün təxribatlara əl atır: "Bu təxribatlar daxili çarəsizliyin xaricə çıxmasıdır. Ermənistan yarandığı gündən regiona acı və qanunsuzluqdan başqa heç bir şey gətirməyib. Ermənistan daxili problemlərindən diqqəti yayındırmaq üçün daim təxribatlara əl atır. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll edilməsi üçün daim Azərbaycanın yanındayıq. Ermənistan qoşunları işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmalıdır”./trend

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR