Hindistan Rusiyadan 100 milyon doza vaksin alacaq

16.09.2020 18:42

Hindistan Rusiyadan 100 milyon doza koronavirus vaksinini satın alacaq.

Bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

Qeyd olunur ki, vaksin tədarükü 2020-ci ilin sonunadək başlaya bilər. Bu, koronavirus vaksininin Hindistandakı kliniki sınaqlarının nəticəsi və qeydiyyatından asılı olacaq.

Xatırladaq ki, Rusiya avqustun əvvəlində dünyada ilk koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR