Qazaxıstanla Türkiyə arasında müntəzəm aviauçuşlar sentyabrdan bərpa ediləcək

15.08.2020 15:47

Türkiyə beynəlxalq uçuşları bərpa etmək üçün 92 ölkə ilə danışıqları başa çatdırib. Türkiyə artıq 48 ölkə ilə müntəzəm və qeyri müntəzəm uçuşları davam etdirir.

Qazaxıstanla Türkiyə arasında müntəzəm aviauçuşlar sentyabrın 1-dən bərpa ediləcək.

Qeyd edək ki, Türkiyə yeni koronavirusa yoluxma hallarının artması səbəbindən iyulun 4-də Qazaxıstana uçuşları dayandırmışdı.

Xatırladaq ki, iki ölkə arasında iyunun 20-də bərpa edilən aviauçuşlar, koronavirusa yoluxmanın artması səbəbindən iyulun 4-də yenidən dayandırılmışdı ./AZƏRTAC

© xezerxeber.az


521 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR