Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Co Bayden rekord həddə ianə topladı

13.08.2020 14:33

ABŞ-da bu il keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi olan Co Bayden seçki kampaniyası üçün ötən gün ərzində 26 milyon ABŞ dolları ianə toplayıb.

AP xəbər verir ki, rekord göstərici olan bu ianə artımının Bayden tərəfindən ötən gün Kaliforniyadan olan senator Kəmalə Harrisi vitse-prezidentliyə namizəd olaraq irəli sürməsİ ilə əlaqələndirilir.

2010-2017-ci illərdə Kaliforniyanın Baş Prokuroru işləmiş, 2016-cı ildə isə Senata seçilmiş 55 yaşlı K.Harris ABŞ vitse-prezidentliyinə namizədliyi irəli sürülmüş ilk qaradərili xanımdır. Demokratların çoxdandır əsas maliyyə bazası olaraq bilinən Kaliforniyadan olan K.Harrisin həm də Asiya mənşəli olduğu üçün Demokrat Partiyasına böyük maliyyə və siyasi dividentlər qazandıracağı güman edilir./report

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR