ABŞ İran donanmasının tankerini girov götürdü

13.08.2020 14:24

İran donanmasının Hörmüz boğazındakı bir neft tankeri ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) tərəfindən girov götürülüb.

Komandanlıq İran donanmasının xüsusi təyinatlı qüvvələrinin helikopterdən Liberiya bayraqlı "MV Wila” adlı neft tankerinə endirildiyini göstərən ağ-qara video yayımlayıb.

CENTCOM İranın donanma gəmilərinin də girov götürülmə prosesində iştirak etdiyini bildirib.

ABŞ ordusunun adının açıqlanmasını istəməyən bir hərbçisi tankerin 5 saat sonra sərbəst buraxıldığını deyib.

İranın neft tankerini "Sikorsky SH-3 Sea King” tipli helikopterlə girov götürüldüyü ehtimal olunur. Hadisənin səbəbi isə bəlli deyil.

BMT-nin qeydinə əsasən, neft tankerinin sahibi Yunanıstan mərkəzli IMS SA şirkəti tərəfindən idarə olunan Liberiya şirkəti "Bandit Shipping Co.”dur./Publika.az

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR