Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

ABŞ hökumətinin büdcə kəsiri 47% azalıb

13.08.2020 14:15

Bu ilin iyul ayında ABŞ federal hökumətinin büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 47,3% azalaraq 63 milyard ABŞ dollara enib.

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumata görə, hesabat dövründə hökumətin gəlirləri illik müqayisədə 124,3% artaraq 563 milyard ABŞ dollara, xərcləri isə 68,7% artaraq 626 milyard ABŞ dollara çatıb.

Qeyd edək ki, 1 oktyabr 2019-cu ildən 30 sentyabr 2020-ci ili əhatə edən 2020-ci maliyyə ilinin 10 ayında ölkədə ümumi büdcə kəsiri 2,8 trilyon ABŞ dollara (təxminən 3,2 dəfə çox) çatıb. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 866,8 milyard ABŞ dolları səviyyəsində idi.

Bu ilin ilk 10 ayında hökumətin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 51,3% artaraq 5,6 trilyon ABŞ dolları, gəlirləri isə 1,3% azalaraq 2,8 trilyon ABŞ dolları olub./report

© xezerxeber.az

FOTOQALERIYA






130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR