Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Putin Lukaşenko ilə görüşməyə tələsmir

13.08.2020 14:06

Rusiya Prezidenti Vladimir Putinin qrafikində 6-cı dəfə Belarusun Prezidenti seçilmiş Aleksandr Lukaşenko ilə görüş yoxdur.

"RİA Novosti” xəbər verir ki, seçkisonrası görüşün hazırda planlaşdırılmamasını rəsmi Kreml açıqlayıb.

Qeyd edək ki, daha öncə xarici mətbuatda A.Lukaşenkonun Rusiya rəhbəri ilə görüş üçün paytaxt Moskvaya uçduğu barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub./report

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR