Çində aramsız yağıntılar nəticəsində ölənlər var

11.08.2020 17:07

Çinin cənub-qərbindəki Sıçuan əyalətində aramsız leysan yağışları nəticəsində azı 6 nəfər həlak olub.

Daha 5 nəfər itkin düşmüş hesab edilir.

Yağıntılar əyalətin bir neçə şəhərində ciddi fəsadlara yol açıb. Çoxlu sayda yaşayış evinə ziyan dəyib.

Dünən başlayan yağış bu gün səhər saatlarınadək davam edib./trend

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR