Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

ABŞ prezidenti Putini G7 sammitinə dəvət etmək istəyir

11.08.2020 11:06

ABŞ prezidenti Donald Tramp ölkəsində keçirilməsi nəzərdə tutulan G7 sammitinə Rusiya prezidenti Vladimir Putini də dəvət etmək istəyir.

Bu barədə RİA "Novosti” xəbər verir.

"Bir sıra liderləri görüşə dəvət etdik. Əlbətdə onu (Vladimir Putin - Red) görüşə dəvət edərdim. G7-yə daxil olmayan liderləri dəvət edəcəyik, bəziləri artıq dəvətləri qəbul ediblər”, deyə Tramp bildirib.

Xatırladaq ki, Ağ evin mətbuat xidməti Donald Trampın G7 sammitinin iyunun sonundan sentyabra keçirilməsi və buraya Avstraliya, Rusiya, Koreya Respublikası və Hindistanı dəvət etmək planı barədə məlumat yayıb. Koreya Respublikası və Avstraliya ABŞ liderinin dəvətini artıq qəbul etdiklərini bəyan ediblər.

Lakin Böyük Britaniya və Kanada G7-nin genişləndirilməsinin əleyhinədir. Yaponiya Koreya Respublikasının G7 sammitinə dəvət olunması barədə təklifə etirazını bildirib.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

19.09.2020 09:16

Payız gəlir...

ÇOX OXUNANLAR