Koronavirus qurbanlarının sayı 728 mini keçdi - ÜST

11.08.2020 10:16

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 253 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Avqustun 10-u saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 253 409 nəfər koronavirusa yoluxub, 5 719 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 19 718 030, ölənlərin isə 728 013 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR