Bill Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı

11.08.2020 09:50

Koronavirus pandemiyasını yalnız iki il yarım sonra dayandırmaq mümkün olacaq. Bu barədə "Microsoft”un təsisçisi Bill Qeyts "Wired”ə müsahibəsində deyib.

"Məndə belə təəssürat yaranır ki, biz, zəngin dünya, əsasən, 2021-ci ilin sonuna bunun öhdəsindən gələcəyik, bütövlükdə dünya isə bunu 2022-ci ilin sonuna qət edəcək”, - Qeyts qeyd edib.

Eyni zamanda, milyarderin sözlərinə görə, pandemiya malyariya, poliomielit və HİV ilə mübarizə aparmaq üçün dərman axtarışında irəliləyişi əhəmiyyətli dərəcədə yavaşlayıb.

"2020-ci ilin əvvəlində olduğumuz vəziyyətə qayıdacağımıza qədər illər ötəcək. Bu, Birinci və İkinci Dünya müharibələri deyil, lakin bütün sistem üçün mənfi hadisələrin miqyası müqayisə edilə bilər”, - Qeyts deyib.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR