Britaniyalılar kütləvi şəkildə Aİ ərazisinə köçür

06.08.2020 17:41

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması ölkə vətəndaşlarının dövlətin ərazisini tərk etməsi ilə nəticələnib.

"Guardian” nəşri məlumat verir ki, "Brexit”dən (Britaniyanın Aİ-dən çıxması) sonra ölkəni tərk edən vətəndaşların 30 faizi Avropa dövlətlərinə yerləşiblər.

Bildirilir ki, 2008-2015-ci illərdə 56 832 britaniyalı Avropaya köçdüyü halda, 2016-2018-ci illərdə bu rəqəm 73 642-yə çatıb.


Britaniyalıların ən çox Almaniya vətəndaşlığına keçmək istədikləri məlum olub.

2016-cı ildə "Brexit” səsverməsindən sonra 31 600 britaniyalının Almaniya vətəndaşlığını qəbul etdiyi qeyd olunur.

Xatırladaq ki, 2016-cı ildə Böyük Britaniya vətəndaşları keçirilmiş referendumda 52 faiz səs çoxluğu ilə Aİ-dən ayrılma qərarı qəbul ediblər.

© xezerxeber.az


271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR