Beyrutda güclü partlayış nəticəsində ölənlərin sayı 78-ə çatıb

05.08.2020 08:56

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfər çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Bildirilir ki, xəsarət alanların da sayı artaraq 4 min nəfərə yüksəlib.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib.

© xezerxeber.az


200 dəfə oxunub

ÇOX OXUNANLAR