Tramp Əfqanıstanla bağlı hərbi planlarını açıqladı - "Çox tezliklə..."

04.08.2020 13:17

ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı hərbi kontingenti 4 min hərbi qulluqçuya qədər azaltmaq planları barədə açıqlama verib.

O, "Axios” nəşrinə müsahibəsində deyib:

"Çox qısa müddət ərzində biz Amerika kontingentinin sayını 8 min nəfərə endirəcəyik, sonra isə bu rəqəmi 4 min nəfərədək ixtisar edəcəyik. Hazırda danışıqlar aparırıq”.

Jurnalistin konkret müdət soruşmasına cavab olaraq Tramp bunun "çox tezliklə” baş verəcəyini bildirib.

Qeyd edək ki, Tramp may ayında Amerika ordusunun Əfqanıstandan vətənə qayıtmasının vacibliyini xatırlamışdı./Teleqraf.com

© xezerxeber.az

FOTOQALERIYA






135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR