Altıncı dəfə prezident seçilsə, bunu edəcək – Lukaşenko açıqladı

04.08.2020 13:13

Belarusda altıncı müddətə prezidentliyə namizədliyini irəli sürən Aleksandr Lukaşenko referendum keçirmək və konstitusiyanı dəyişmək niyyətində olduğunu açıqlayıb.

O, bu istəyinin Belarusun inkişafına xidmət edəcəyini deyib:

"Belarusumuz dəyişdikcə biz də belə edirik. Belarusluların ölkələrinin taleyi üçün məsuliyyət daşımağa hazır olduğu göz qabağındadır. Bu məsuliyyət dərəcəsini insanların özləri müəyyən edəcəklər. Amma qanunla! Küçələrdə və meydanlarda yox, qanuni münasibətlərdə. Gəlin konstitusiyadan başlayaq”.

Avqustun 9-da Belarusda keçiriləcək prezident seçkilərində beş nəfər namizəd kimi qeydə alınıb.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR