Tramp ABŞ tarixinin ən böyük səhvini açıqladı

04.08.2020 12:08

Yaxın Şərq regionuna qoşunlarını göndərməsi ABŞ tarixinin ən böyük səhvi idi.

Bunu ölkə Prezidenti Donald Tramp öz müsahibəsində deyib.

O, öz fəaliyyəti dövründə digər ABŞ prezidentlərinin edə bilmədiyini etdiyini bəyan edib:

"Biz İŞİD-i 100 faiz məhv etdik, biz Süleymanini, əl-Bağdadini zərərsizləşdirdik. Mən digər prezidentlərin edə bilmədiyini etdim. Onlar, ümumiyyətlə Yaxın Şərqə gəlməməli idilər. Yaxın Şərqə qoşun göndərmək və bu regionun işlərinə müdaxilə etmək qərarı ölkəmizin tarixinin ən böyük səhvidir”./Trend

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR