Fövqəladə vəziyyət elan olundu - ABŞ fəlakətlə qarşı-qarşıya

04.08.2020 11:05

Atlantik okeanında yaranan "Isaias” qasırğası ABŞ-ın Şimali Karolina ştatı sahillərinə çatıb.

1-ci kateqoriyada dəyərləndirilən qasırğa saatda 135 km sürətlə hərəkət edir.

"Isaias”ın quruya yaxınlaşdığı saatlarda Şimali və Cənubi Karolina ştatlarının şiddətli yağış yağıb və külək əsib.

Qasırğa səbəbilə Virciniya və Merilənd başda olmaqla, ABŞ-ən şimal-şərq sahillərində sel və şiddətli külək xəbərdarlığı verilib. Şimali Karolina və Nyu Cersidə isə fövqəladə vəziyyət elan olunub./Publika.az

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR