Qardabanidə COVID-19-a yoluxanların sayı artıb

03.08.2020 11:51

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda koronavirusa yoluxanların sayı 63-ə çatıb.

Yoluxma hallarının 60%-i Qaracalar kəndində təsdiqlənib.

Rayonda əhali arasında kütləvi testləmə davam etdirilir. İndiyədək bələdiyyə üzrə 2 mindən çox insan COVID-19-la bağlı tibbi müayinədən keçirilib.

Qeyd edək ki, Qaracalar kəndi koronavirusun geniş yayılması riski ilə bağlı iyulun 24-dən təcrid olunub. /report

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR