Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Cənubi Koreyada sel: 6 ölü, 8 itkin

03.08.2020 10:39

Cənubi Koreyada daşqınlara və torpaq sürüşməsinə səbəb olan güclü yağış nəticəsində 8 nəfər itkin düşüb.

Bu barədə ölkənin təbii fəlakətlər, fövqəladə hallar və fəlakətlərlə mübarizə mərkəzinin qərargahından bildirilib.

Qeyd olunub ki, Kyonqido və Çhunçhon əyalətlərində çayın daşması nəticəsində üç nəfər ölüb, daha üç nəfər torpağın altında qalaraq həyatını itirib. 

Seul administrasiyasının əmri ilə Han çayının daşması nəticəsində yarana biləcək sel təhlükəsi səbəbindən bir sıra magistral yolda və körpülərdə nəqliyyatın hərəkəti bağlanıb./report

© xezerxeber.az


131 dəfə oxunub

ÇOX OXUNANLAR