Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Rusiya XİN: Ermənistanla Azərbaycanın münasibətlərinin yaxşılaşması üçün mümkün olanı edirik

16.07.2020 13:45

"Bütün beynəlxalq ictimaiyyətin ilk növbədə vəzifəsi son iki gündə Ermənistan-Azərbaycan sərhədində baş verənləri dayandırmaqdır. Bununla əlaqədar, ATƏT-in Minsk Qrupuna üzv ölkələrin ölçülü mövqeləri çox vacibdir”.

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu daha çox ölkələri özündə birləşdirir. Burada həmsədrlərdən daha çox dövlətlər var. Bu regionla qonşu, sərhəd olan həmin ölkələr maksimum ölçülü, məsuliyyətli və təmkinli olmalıdırlar, o cümlədən ictimai ritorikalarında. Bu məsələnin həssaslığı ilə əlaqədar daha buna şərh verməyəcəyəm. Bildiyiniz kimi, hər bir deyilən söz olduqca ağrılı qəbul olunur”, - deyə Rusiya XİN başçısının müavini bildirib.

A. Rudenko Rusiyanın bu münaqişənin nizamlanması ilə bağlı xüsusi təşəbbüs planının olub-olmadığı ilə bağlı suala da cavab verib.

"Sizi əmin edirəm ki, bütün mümkün olanı edirik ki, Rusiya diplomatiyasının və xalq diplomatiyasının ən yaxşı keyfiyyətlərini göstərərək, təkcə sərhədyanı münaqişənin dayandırılmasını deyil, ümumilikdə bizə qardaş olan ölkələr Ermənistan və Azərbaycan arasındakı münasibətlər yaxşılaşsın. Həqiqətən də, Rusiyanın belə imkanları var. Xatırlayırsınızsa, 2016-cı ildə Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatlar zamanı biz bunu etdik. Əminəm ki, bizim bütün imkanlarımızdan istifadə olunacaq”, - deyə A. Rudenko vurğulayıb. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR