Ermənistan etiraf edir: “10 yaralımız var, 6-sı kritik vəziyyətdədir”

15.07.2020 11:22

Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə itkilərini etiraf etməyə davam edir.

Xezerxeber.az xəbər verir ki, Ermənistan ordusu Tovuz istiqamətində verdiyi itkilərlə bağlı yeni məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, düşmən tərəfi 10 hərbi qulluqçusunun yaralandığını, onlardan 1-nin kritik vəziyyətə olduğun elan edib.

Daha 5 hərbi qulluqçusunun da vəziyyətinin ağır və orta ağır olması barədə açıqlama verilib.

Ötən gün açıqlanan rəsmi məlumata görə, kiçik serjantlar Smbat Qabrielyan və Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürülüb. Ermənistan Müdafiə Nazirliyi bundan əvvəl isə bir mayor və bir kapitanın döyüşdə öldürüldüyünü açıqlamışdı.

Amma düşməni itkilərinin bəyan edildiyindən çox olması barədə məlumatlar var.

© xezerxeber.az


229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR