İranda casusluqda ittiham olunan bir neçə nəfər həbs olunub

13.07.2020 11:08

İranın Kirman əyalətində casusluqda ittiham olunan bir neçə nəfər həbs olunub.

Bu barədə İranın Kirman əyalətinin prokuroru Əhməd Qurbani bildirib.

Ə. Qurbani həbs olunanların sayını və onların hansı ölkənin vətəndaşı olduğunu deməyib.

Casusluqda ittiham olunan şəxslər barədə məhkəmə tərəfindən qərar çıxarılıb.

Prokuror həmçinin terror qruplaşmasının üzvü olan bir neçə şəxsin də Kirmanda saxlanıldığını və onların barəsində də məhkəmə tərəfindən qərar çıxarıldığını vurğulayıb. (APA)

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR