İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb

11.07.2020 17:57

İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi "Ofek-16" kəşfiyyat peykini uğurla kosmosa buraxıb. Buraxılış "Şavit" işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.

Müdafiə Nazirliyinin bəyanatına əsasən, "Ofek-16" qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk buraxılışa kimi sınaqlardan keçib.

Xatırladaq ki, İsrailin "Ofek-1" qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.

© xezerxeber.az


474 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR