Macarıstan humanitar dəhliz yaradır

11.07.2020 15:42

Macarıstan hökumətinin başçısı Viktor Orban bu günlərdə bildirib ki, Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarının Macarıstana gəlməsinə icazə verilməyəcək, çünki bu, "macarların sağlamlıq maraqlarına ziddir”. Bu halda Baş nazir Serbiya üçün istisna edib.

Macarıstan milli polisinin saytında yer alan xəbərə görə, indi səyahətçilər Macarıstan ərazisindən tranzitlə keçmək üçün humanitar dəhlizdən istifadə edə biləcəklər. Macarıstandan keçib gedən səyahətçilər yalnız məxsusi olaraq onlar üçün ayrılmış humanitar marşrut boyunca yerləşən, adları xüsusi siyahıda göstərilən yanacaqdoldurma stansiyalarından və xidmət zonalarından istifadə etməlidirlər.

Səyahətçilərin gediş-gəlişi üçün 19 sərhəd məntəqəsi açıq qalacaq.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR