Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Moskvada koronavirusa qarşı kollektiv immunitet yaranıb

11.07.2020 13:54

Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin paytaxt vətəndaşlarında koronavirus infeksiyasına qarşı kollektiv immunitetin yarandığını bildirib.

Sergey Sobyanin bu barədə "Rossiya 24" telekanalına açıqlama verib: "İstənilən halda inanıram ki, Moskva əhalisində koronavirusa qarşı kollektiv immunitet yaranıb və bu bizə məhdudiyyətləri inamla götürməyə imkan verir".

O həmçinin bildirib ki, ölkədə COVID-19 pandemiyasının ikinci dalğasını gözləmir: "Görürəm ki, hər şeyə baxmayaraq zirvəni keçmişik".

Eyni zamanda, Moskva merinin müavini Anastasiya Rakova iyunun 19-dan iyulun 2-dək COVID-19 immunitetinin dördüncü mərhələsində iştirak edən 98 min Moskva sakinindən 21,7% -də koronavirusa qarşı antikorların aşkarlandığını bildirib.

Qeyd edək ki, Moskvada mayın 15-dən etibarən kütləvi antikor testləri aparılır.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR