Ermənistanda koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib

11.07.2020 12:15

Ermənistanda koronavirusa yoluxanların sayı 31 392 nəfərə çatıb.

Erməni KİV-lərinin məlumatına görə, son sutka ərzində 489 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 13 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 559 nəfər koronavirusdan ölüb, 11 414 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR