Medvedev pandemiyanın dünya iqtisadiyyatına təsirindən danışıb

09.07.2020 14:19

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev koronavirus infeksiyasının "ikinci dalğası” başlayarsa, dünya iqtisadiyyatının 5 faizdən çox tənəzzülə uğrayacağını proqnozlaşdırıb.

Bu fikri Rusiyanın sabiq Baş Naziri jurnalistlərə söyləyib. Onun sözlərinə görə, pandemiyanın qarşısını almaq mümkün olsa, dünya iqtisadiyyatı sürətlə bərpa ediləcək. D.Medvedev əmindir ki, dünya və Rusiya iqtisadiyyatının böhran vəziyyətinə düşməsi üçün pandemiya və enerji daşıyıcılarının qiymətinin aşağı düşməsindən başqa obyektiv səbəb yoxdur.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR