Türkiyədə məhv edilən terrorçulardan biri axtarışda olub

09.07.2020 13:50

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Van bölgəsində həyata keçirdiyi davamlı antiterror əməliyyatları nəticəsində iyunun 28-də məhv edilən terrorçulardan birinin axtarışda olduğu müəyyənləşdirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilir ki, PKK/KCK terror təşkilatının DİN tərəfindən axtarışda olan üzvü Musa Buludun ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 72 min ABŞ dolları) məbləğində mükafat vəd edilib. Onun məhv edildiyi əməliyyatda, həmçinin təhlükəli terrorçular "Sarya” ləqəbli Meyri Kaplan və "Vejin” ləqəbli Besna Tuman da öldürülüblər. Bu qrupun iyunun 8-də Van vilayətinin Çatak rayonunda həyata keçirdiyi terror aktı nəticəsində yol tikintisi ilə məşğul olan 8 işçi yaralanıb, ikisi ölüb.

Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, Suriyada "Zeytun budağı” antiterror əməliyyatının həyata keçirildiyi bölgədə iki nəfər PKK/YPG terrorçusu saxlanılıb. Bundan başqa, Türkiyənin Şırnaq bölgəsində PKK terrorçularının yol inşaatına mane olmaq üçün torpağa basdırdıqları uzaqdan idarəedilən partlayıcı qurğu zərərsizləşdirilib.

© xezerxeber.az


127 dəfə oxunub

ÇOX OXUNANLAR