Moldovada koronavirusdan ölənlərin sayı 598-ə çatıb

07.07.2020 14:35

Hazırda Moldovada koronavirus infeksiyasına yoluxanların sayı 17 min 906-dır.

Ölkənin Səhiyyə Nazirliyi məlumat verir ki, Moldovada bu virusdan ölənlərin sayı 598-ə çatıb. Xəstələrin 391-nin vəziyyəti ağır qiymətləndirilir. Koronavirusa yoluxan xəstələrin 58,7 faizi qadınlardır.

Pandemiya dövründə 11241 nəfər tam sağalaraq evə buraxılıb.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR