COVID-19 testləri pulsuz olacaq

06.07.2020 12:16

Bavariya federal əyalətlər içərisində birinci olaraq xəstəliyin simptomlarının, yaxud risk qrupuna daxil olub-olmamasına baxmayaraq, bütün sakinlər üçün koronavirus testlərinin pulsuz verilməsini tətbiq edib.

Bu barədə Bavariyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Gündəlik 30 min nəfərdə infeksiyanın mövcudluğunun yoxlanılması planlaşdırılır. Testlərin xərcləri tibbi sığorta kassaları tərəfindən ödənilmədiyi təqdirdə müvafiq məbləği əyalət büdcəsi ödəyəcək.

Bu yaxınlarda əyalətin Nazirlər Kabinetinin iclasında qəbul edilən strategiyaya görə, Bavariyada qeydiyyatda olan hər kəs - hətta həmin şəxsdə COVID-19 simptomları olmasa və ya o, infeksiya daşıyıcıları ilə təmasda olmasa belə, koronavirus testini pulsuz verə bilər. Yoxlama üçün ailə həkiminə müraciət olunması kifayət edir. Analizlərin müraciətdən sonra 48 saat ərzində götürülməsi, nəticələr barədə isə bir həftə ərzində məlumat verilməsi planlaşdırılır.

Berlin ehtimal ki, bundan nümunə götürəcək.

© xezerxeber.az

FOTOQALERIYA






175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR