Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

130 ölkədən 90 mindən yuxarı Türkiyə vətəndaşı ölkəyə gətirilib

05.07.2020 15:18

Türkiyə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli mübarizə aparmaqla bərabər, infeksiyanın yayılmasının qarşısını almaq üçün xarici ölkələrə yardım etməkdədir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyanın Alanya rayonunda keçirilən "Sağlam turizm, təhlükəsiz şəhər” toplantısındakı çıxışında ifadə edib. Nazir məlumat verib ki, indiyədək 130 ölkədən 90 mindən yuxarı Türkiyə vətəndaşı ölkəyə gətirilib. O cümlədən, 90 ölkənin istəyi ilə təxminən 230 min xarici vətəndaşın öz məmləkətinə getməsinə köməklik göstərilib. Bu vaxtadək 137 ölkəyə COVID-19 infeksiyasına qarşı ləvazimatlardan ibarət yardım göndərilib. Yardımlara davam edir.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR