İranda koronavirusdan daha 163 nəfər vəfat edib

05.07.2020 14:50

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 163 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 11571 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2560 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 240438 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 201330 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3168 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR