Yaponiyada daşqınlar nəticəsində 15 nəfər həlak oldu

04.07.2020 17:50

Yaponiyanın cənub-qərbində davam edən daşqınlar nəticəsində azı 15 nəfər həlak olub.

XəzərXəbər Trend-ə istinadən bildirir ki, Kumamura prefekturasında Kumaqava çayının daşması nəticəsində qocalar evini su basıb.

Ölənlərin 14 nəfəri burada aşkar edilib. Daha bir nəfə yaxınlıqdakı kənddə həyatını itirib.

Hazırda 9 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, təbii fəlakətlə əlaqədar regionda 200 min sakinə təxliyə tövsiyəsi verilib.

© xezerxeber.az


232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR